az | ru | en


MARKETINQ

Dərman vasitələrinin yayılmasının etik meyarlarına əsasən, “Altes Marketing” öz məhsulunun korrekt formada reklam olunmasını həyata keçirir. Bu reklam, aktual farmaseptik tələbat və düzgünlük, vicdanlılıq və dərman vasitələrinin rasional istifadə prinsipləri üzərində qurulmuşdur.

Məhsulların bazara daxil edilməsini biz respublikanın səhiyyə sahəsində mövcud olan milli siyasətinə, ölkədəki iqtisadi və sosial şərtlərə uyğun olaraq həyata keçiririk.

“Altes Marketing”, bir sıra Avropa ölkələrinin və ABŞ-ın əczaçılıq zavodlarının eksklüziv olaraq bizim şirkət üçün istehsal etdiyi preparatları ölkə bazarlarına daxil edir. Biz əksər terapevtik sahələr (nevrologiya, kardiologiya, revmotologiya, ginekologiya və s.) üçün geniş çeşidli məhsullar təklif edirik.

Preparatların bazara daxil edilməsinin əsas metodu – tibb nümayəndəsinin işidir. Uğurlu işin meyarı və müvəffəqiyyətin rəhni aşağıdakılardır:

  • həkim auditoriyasının keyfiyyətli əhatəsi;
  • ixtisaslı komanda işi;
  • nizamlı şəkildə gediş-gəlişin təşkili və qarşılıqlı əlaqənin təsbit edilməsi.
  • “Altes Marketing” in əməkdaşlarının fəaliyyəti Azərbaycanın bütün rayon mərkəzlərini əhatə edir ki, bu da preparatların nəinki yalnız mərkəzdə, həm də regionlarda bazara daxil edilməsinə imkan verir.

    Şirkətin əməkdaşlarının böyük əksəriyyəti əczacılıq üzrə təhsilə malikdirlər. Və bizim əməkdaşlar yüksək peşəkarlıq və böyük iş təcrübəsi ilə digərlərindən fərqlənirlər. Bizim tibb nümayəndələrimiz eyni zamanda həm də peşəkar həkim bilgilərinə və ya ünsiyyətcil əczaçı vərdişlərinə və ən əsas da sata bilmək qabiliyyətinə malikdirlər.

    Bizim mütəxəssislər hər bir məhsul üçün ayrica olaraq bazara daxil edilmə strategiyasını işləyib hazırlayırlar. Və bu zaman hər bir yeni brendin bazara daxil edilməsi elmi cəhətdən əsaslandırılır.

    Həkim və farmasevtlərlə qarşılıqlı əlaqə təcrübəsi bizim şirkətə qarşılıqlı rabitəni qeydə almağa və onu təhlil etməyə imkan verir.

    Dərman preparatlarının bazara daxil edilməsinin əsas funksiyaları:

  • yeni preparatın yayılma imkanlarının öyrənilməsində;
  • məhsuln bazarda ilkin təqdimatında;
  • informasiya dəstəyində;
  • tibb işçisinin və opinion-liderlərin bizim məhsula
    münasibətlərinin formalaşdırılmasındadır.
  • Biz müalicə-profilaktika idarələri, tibb mərkəzləri,
    xüsusi klinikalar, apteklər şəbəkəsi ilə sıx əlaqədə işləyirik.
    Bu isə bizə dərman preparatlarının bazara daxil edilməsi işində
    çevik siyasət tətbiq etməyə imkan verir.










    Content on this page requires a newer version of Adobe Flash Player.

    Get Adobe Flash player

    Park az Emerald az cont az
    Live Chat by comm100