SAXLANMA STANDARTLARI
Distribütor şirkəti olan “Altes Pharm”, dərman preparatlarının və əczaçılıq məhsullarının depolara və anbarlara qoyulması və saxlanması sahəsində beynəlxalq standartlara riayət edir.
Şirkətin əməkdaşları daima keyfiyyətin və beynəlxalq saxlanma normalarının auditor yoxlanmasını həyata keçirirlər. “Altes Pharm” şirkəti üçün bu – bir nömrəli məsələdir. Çünki, partnyorlar və müştərilərin sağlamlığı və etibarı bizim üçün ən mühüm prioritetlərdən biridir. Aşağıda Siz şirkətimizin riayət etdiyi qaydaları görəcəksiniz.
Otaqlar və avadanlıqlar dərman preparatlarının bütün saxlanma və yayılma tələblərinə cavab verməlidirlər. Nəzarət cihazları da həmçinin standartlaşdırılmalıdırlar.
Dərmanların gətirildiyi anbarlar onların pis hava şəraitində boşaldıqları zaman qorunmasını təmin etməlidirlər. Qəbul zonası isə saxlanma zonasından ayrı yerləşməlidir. Gətirilən dərmanlar qəbul zamanı diqqətlə yoxlanmalıdır. Çünki, əmin oımaq lazımdır ki, konteynerlər zədələnməmişdir və gətirilən dərman partiyası standart normalara cavab verir.
Xüsusi saxlanma şəraiti tələb edən bəzi dərmanlar (məsələn, narkotiklər, müəyyən temperaturda saxlanmaları zəruri olan preparatlar) həmin andaca təlimatın tələblərinə və müvafiq qanunvericiliyə uyğun şəkildə ayrılmalı və qeyd olunmuş saxlanmaya götürülməlidirlər.
Tibbi preparatların saxlanması, məhsulların işıqdan, rütubətdən və temperatur şərtlərindən xarab olmalarının qarşısını almaq üçün istehsalçının göstərdiyi qaydada digər mallardan ayrı şəkildə həyata keçirilməlidir.
Tibb preparatlarının saxlanma şəraitinə müntəzəm şəkildə nəzarət etmək və saxlanma temperaturu göstəricilərini qeyd etmək zəruridir. Eyni zamanda, əldə edilmiş məlumat qeydlərini vaxtaşırı nəzərdən keçirmək lazımdır.
Məxsusi saxlanma temperaturunun zəruri olduğu təqdirdə anbarlar xüsusi temperatur ölçən avadanlıqla və yaxud temperatur nəzarətinin pozulması barədə məlumat verən hər-hansı başqa cihazlarla təmin edilməlidirlər. Özü də ki, bu avadanlıq anbarın bütün sahəsində zəruri temperatur səviyyəsini təmin etməlidir.
Dərmanlar zibil, toz və həşəratlar olmayan təmiz otaqlarda saxlanmalıdırlar. Eyni zamanda, preparatların axıb getməsinə və yaxud xırdalanmasına, mikroorqanizmlərin hücumlarına və qarşılıqlı çirklənməsinə qarşı tədbirlər görmək lazımdır.
Bütün bunlarla bərabər, əmtəə-mal ehtiyatlarının dövriyyəsini təmin edəcək sistem (“birinci alınıb – birinci verilib”) olmalıdır. Bu sistem onun düzgün işləməsinin müntəzəm və tez-tez aparılan yoxlamaları ilə fəaliyyətdə olmalıdır. Yararlılıq və saxlanma müddətləri bitmiş preparatlar əsas dərman ehtiyatından kənarda saxlanmalı və satış və istifadə üçün göndərilməməlidirlər.
Qablaşdırılmasının hermetikliyi pozulmuş və həmçinin kontaminasiyada şübhəli olan preparatlar istifadə olunan ehtiyatdan çıxarılmalıdırlar. Belə preparatların anındaca məhv edilmədikləri halda səhvən satılmamaları və digər tibbi preparatlarla qarışıq düşməmələri üçün ayrıca otaqda saxlanmalıdırlar.




