En | Ru | Az


ŞIRKƏT HAQQINDA

“Altes Pharm” şirkəti 1995-ci ildən fəaliyyət göstərir. Artıq bir neçə ildir ki, biz əczaçılıq bazarında sağlamlığın qorunub saxlanması üçün zəruri olan məhsulların yayılması və distribüsiyası ilə məşğul oluruq. “Altes Pharm” şirkətinin tərkibinə “Altes Distribution & “Altes Maketing” bölməsi də daxildir. “Altes Pharm” şirkəti tərəfindən satılan bütün məhsullar Avropa GMP keyfiyyət standartlarına cavab verir. Bu məhsullar həmçinin Azərbaycan Səhiyyə Nazirliyinin İnnovasiya və Təminat Mərkəzinin keyfiyyət sertifikatlarına və yararlıq müddətlərinə malikdirlər.

Biz firmanın strategiyasına, marketinq planına, istehlakçının tələbatına və dövlətin qanunvericiliyinə uyğun şəkildə, dəqiq planlaşdırılmış proqram üzrə müvafiq malları bazarda yayırıq. Bizim şirkət həm Bakı və Sumqayıt şəhərlərində, həm də ki, Azərbaycanın bütün regionlarında kifayət qədər geniş olan distribütor şəbəkəsinə malikdir. Bundan da başqa, əczaçılıq bazarında olan geniş iş təcrübəmiz bizə ən böyük ehtimalla dərman preparatlarının satışını əhəmiyyətli dərəcədə artırmağa yarım edəcək strategiyanın seçilməsinə imkan verir.

Biznes işində etdiyimiz innovasion yanaşmalar məhsulların və xidmətlərin müvəffəqiyyətli satışının həyata keçirilməsinə şərait yaradır. Əməkdaşlarımızın peşəkarlığı və partnyorlar və məhsulların istehlakçıları ilə daim olan ünsiyyət, “Altes Group” şirkətinə tamamilə yeni fəaliyyət istiqamətlərini inkişaf etdirməyə imkan verir.

“Altes Pharm” şirkətinə yeni səviyyələrə çıxmağa imkan verən strateji mühüm və düzgün qərarların seçilməsini də qeyd etmək zəruridir. Bu qərarlar sırasında Orta Şərqdə və MDB ölkələrində regional ofislər açaraq, bununla da beynəlxalq arenada özünün mövqelərinin möhkəmləndirilməsi də vardır.

“Altes Pharm” şirkəti işçi heyəti gülərüz və məlumatlı olmağa dəvət edir.

Bizim dəyərlər:

  • bazarda layiqli mövqenin yaradılması və saxlanması;
  • yüksək rəqabətədavamlı məhsulun yaradılması;
  • istehlakçılarda, təchizatçılarda, sifarişçilərdə və həkimlərdə yüksək loyallıq hissinin formalaşdırılmasıdır.















  • Content on this page requires a newer version of Adobe Flash Player.

    Get Adobe Flash player

    Park az Emerald az cont az
    Live Chat by comm100
    Яндекс.Метрика