az | ru | en


“Altes Plaza” həqiqi penthaus təqdim edir

10 fevral 2009-cu il


“Penthaus” sözünün məna təyinatları çoxdur. Və bu mənaların hər biri bu və ya digər fərqli xüsusiyyəti qabardaraq öz-özlüyündə doğrudurlar.

Kimsə penthausu yuxarı mərtəbədə yerləşən “dəbdəbəli mənzil” adlandırır. Başqa birisi buna əlavə edir ki, penthaus sadəcə yuxarı mərtəbədəki mənzil deyildir, penthaus “səma altında yerləşən bir mənzildir”. Yəni, mütləq göydələn evin ən axırıncı mərtəbəsində yerləşən mənzildir. ABŞ linqvo-lüğətinə görə, “penthaus – göydələn binanın damında yerləşən və ən bahalı mənzillər sırasına aid olan zəngin birmənzilli yaşayış evidir”.

Penthaus (ing. Penthouse - private entrance house) – ayrıca girişi, vestibülü və lifti olan göydələn evin damında yerləşən mülk və ya binanın ən axırıncı mərtəbəsində yerləşən ayrıca sahə.

Göründüyü kimi, penthausun mənaları həqiqətən də çoxdur. Lakin bütün bu mənalar bir şeydə eynidirlər: penthaus nə isə unikal, eksklüziv, kütləvi istehlak üçün nəzərdə tutulmayan bir şeydir.

Başqa sözlə, penthaus – zənginlik əşyalarına bərabərləşdirilmiş xüsusi bir əmtəədir. Və xüsusi bir əmtəə kimi də onu digər malların fonunda qabardan, unikallığını vurğulayan bir sıra fəpqli xüsusiyyətlərə və ya cizgilərə malikdir.

Beləliklə, penthausun birinci və zəruri şərti ayrıca girişin, vestibülün və liftin olmasıdır.

Ikinci müşüm detal – şüşələnmədir. İdeal halda səma altında yerləşən kottecin divarlarını şüşədən hazırlayırlar (“de luxe” stilində qismən şüşələnmə də edirlər). Nə qədər açıq sahə, fəza var, bir o qədər də yüngüllük və azadlıq hissi – effekti hiss olunacaqdır. Bu hiss, quş uçuşu hündürlüyündə yerləşən şüşə evdə olanların hamısını çulğalayır.

Bu xüsusda, psixoloji amilə də diqqət yetirməyə dəyər. Belə ki, yuxarıdan insanı heç nə sıxmır və bu fəzada o özünü əsl şah kimi hiss etməyə başlayır. Qeyd etmək lazımdır ki, qlobal urbanizasiya şəraitində bu hissin bəlkə də ən mühüm əhəmiyyəti vardır.

Ən maraqlı və incə sual isə belədir: bəs niyə insanlar penthausları alırlar? İlk və ən çox ağlabatan cavab penthausların təbiətindən və onların adi mənzillərə nisbətən üstünlüklərindən doğur. Müəyyən rifah səviyyəsinə çatmış hər hansı bir insan rahatlığının artırılmasına və yaşayış şərtlərinin daha da yaxşılaşdırılmasına can atır. Başqa sözlə, penthaus – şəxsi sosial statusun maddi təcəssümüdür.

Və əgər siz, bir alıcı kimi şəhərin daşınmaz əmlak bazarına nəzər yetirsəniz, onda bütün tələblərə cavab verən yeganə penthausu “Altes Group” şirkətinin “Altes Plaza” layihəsində təmsil olunduğunu görəcəksiniz. Bu – şəhərdə yeganə üçmərtəbəli, ayrıca girişə, vestibülə və liftə malik olan penthausdur. Və bu, səma altında olan unikal evi Siz cəsarətlə penthaus adlandıra bilərsiniz.

Və nəhayət, qeyd edək ki, penthaus - ən əvvəl, insanın özünü realizə etməsi metodudur (əlbəttə ki, yeganə yox, metodlarından biridir). Beləliklə, başa düşmək zəruridir ki, daşınmaz əmlak növlərindən biri kimi penthaus sadəcə mənzillə yox, nəsə daha böyük bir şeylə assosiasiya olunur. Bu, xüsusi növ əmtəədir. Sadəcə yaşayış yeri yox, prestij, yaşam stili, insanın fərdi xüsusiyyətlərinin təcəssümü, onun daxili “mən”idir. Bu, mahiyyət etibarilə, elə qiymətli məmulatlar, rəsm əsərləri, avtomobillər bazarı kimi bir şeydir ki, həmişə mövcud olub və həmişə də mövcud olacaqdır. Və belə qəbildən olan mallara da tələbat elə həmişəki kimi qalacaqdır.




















Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Park az Emerald az cont az
Live Chat by comm100