En | Ru | Az


Yeni tikililərin keyfiyyətinə kim zəmanət verir?

Son zamanlar Azərbaycanın tikinti bazarında bir çox müxtəlif şirkətlər meydana gəlmişdir. Bu şirkətlərin hamısının öz qiymətləri və öz təklifləri vardır. Belə bir məlumat dənizində səriştəsiz müştəri kimə üstünlük verməkdə və onunla bərabər həm də öz pullarını, sağlamlığını və təhlükəsizliyini təqdim etməkdə özünü itirə bilər. Və əlbəttə ki, bu məsələdə mümkün qədər çox ehtiyatlı və tələbkar olmaq lazımdır. Beləliklə, yaşayış üşün mənzilin seçilməsi – maksimal şəkildə məsuliyyətli yanaşma tələb edən, hər bir şeyi, hətta ən kiçik nüansları belə nəzərə almaqla, həmçinin bütün lazımi məlumatları əldə edərək yanaşma tələb edən bir məsələdir.

Hər bir sağlam təfəkkürlü insanın aldığı mənzilə verdiyi əsas meyar – onun etibarlılığıdır. Bu siyahıda növbəti yerlər – insanın köçməyə hazırlaşdığı evin rahatlığı, materialların ekoloji təmizliyi, yerləşdiyi məkan və nəhayət bu evin xarici görünüşü və digər faktorlar tuturlar.

Bizi maraqlandıran mövzu barədə daha ətraflı məlumat əldə etmək üçün “Altes Construction” tikinti şirkətinin baş meneceri Şamil Süleymanlıya müraciət etdik.

- Lütfən, şirkətiniz barədə danışın

Bizim şirkət – “Altes Construction”, “Altes Group” holdinqinin tərkibinə daxildir. Və bu gün “Altes Construction” Azərbaycanın ən iri tikinti-investisiya şirkətlərindən biridir. Biz tikinti işlərinin tam tsiklini həyata keçiririk. Bu iş tsiklinə yaşayış komplekslərinin daşınmaz əmlakların üç ali kateqoriyası – “Business”, “Premium” və “De Luxe” kateqoriyaları üzrə layihələşdirilməsi, onların tikintisi, satışı və sonrakı istismarı daxildir. Eyni zamanda, bir mühüm faktı da qeyd etmək istəyirəm ki, bizim şirkət Azərbaycanda yeganə şirkətdir ki, layihələrinin keyfiyyəti ixtisaslaşdırılmış əcnəbi təşkilat – İsveçrənin “SGS” şirkəti tərəfindən nəzarət edilir və zəmanət verilir. Hal-hazırda Azərbaycanda bizim müxtəlif hazırlıq mərhələlərində olan beş layihəmiz və həmçinin xaricdə, o cümlədən Rusiyada və Qazaxıstanda olan layihələrimiz var.

- Bəs, görəsən, yeni tikilidə özünə mənzil seçmək istəyən alıcı nələrə diqqət yetirməlidir?

Bunun üçün bir çox müxtəlif faktorlar var. Lakin, bu faktorların arasında bir-neçə mühümünü göstərmək olar ki, onları təhlil edərək tikinti şirkətinin gördüyü işləri, onların görülməsinin vicdanlılığıni başa düşmək olar.

Şübhəsiz, bunlardan biri evin konstruksiyasıdır, quruluşudur. Belə ki, məhz düzgün konstruktor hesablamaları gələcək evin etibarlılığını və seysmoloji davamlılığını müəyyən edirlər. Bundan da başqa, armaturun keyfiyyətinə, onun markasına və həmçinin betonun keyfiyyətinə də xüsusi diqqət verilməlidir. Təbii ki, bu cür materiallara tikinti şirkətinin qoyduğu tələblər nə qədər ciddi olarsa, onların alınmasına bir o qədər çox maliyyə qoyuluşu tələb olunacaqdır. Elə bu səbəbdən də, burada qənaət məqsədi ilə qeyri-vicdani yanaşma, çox kədərli nəticələrə gətirib çıxara bilər. Gözəl üzlüyün altında ciddi nöqsanlar ola bilər. Və bu nöqsanlar həm hesablamalarda və həm də onların həyata keçirilməsində özünü göstərə bilər. Və alıcı bu məsələlərdə çox diqqətli olmalıdır. Məhz bu səbəbdən də evlərin tikintisi və satılması prosesi zamanı biz bu məsələlərə çox ciddi şəkildə diqqət yetiririk. Biz inşa etdiyimiz bütün evlərdə istisnasız olaraq Ukrayna istehsalı olan “A500” markalı armaturdan istifadə edirik. Beton da çox ciddi nəzarətdən keçir. Və belə test tikintinin bütün mərhələlərində həyata keçirilir. Həm də yuxarıda qeyd etdiyim kimi, 2006-cı ildən başlayaraq biz İsveçrənin “SGS” şirkəti ilə əməkdaşlıq edən ölkədə yeganə təşkilatıq. “SGS” şirkəti isə artıq 100 ildən artıqdır ki, beynəlxalq etimad krediti olan müstəqil auditor statusu daşıyır. Və elə bu şirkət bizim, içində tikinti materialları, xüsusən də armatur və beton da olmaqla layihələrin keyfiyyətinə nəzarəti həyata keçirir. Bütün bunlar çox vacibdir. Çünki nəzərə almaq lazımdır ki, bu yerlər aktiv seysmik zonada yerləşir və bir neçə il bundan qabaq baş vermiş zəlzələ isə bu məsələnin yüksək aktuallığını təsdiq edir.

Daha sonra, evin müxtəlif aksessuarlarına diqqət yetirmək lazımdır. Bu aksessuarlar arasında lifti xüsusi olaraq qeyd etmək olar. Lift nəinki keyfiyyətli və etibarlı olmalıdır, o həm də evin parametrlərindən asılı olaraq müəyyən tələblərə də cavab verməlidir. Məsələn, təsəvvür edin ki, göydələn evdə qənaət nöqteyi-nəzərindən sürəti az olan lift quraşdırılmışdır. Bu, həmin evin sakinləri üçün ciddi rahatsızlıq, diskomfort yaradacaqdır, – çünki belə lifti sistematik olaraq çox gözləmək lazım gələcəkdir. Ona görə də, lift istehsalçısının adından, markasından başqa onun sürətini də mütləq dəqiqləşdirmək lazımdır. Məsələn, çox yaxşı olardı ki, 18-mərtəbəli bina üçün liftin minimal sürəti saniyədə 1,6 metr olsun. Bizim evlərdə olan liftlərin minimal sürəti bu göstəriciyə uyğundur. Və biz həmçinin, daha böyük sürətli – saniyədə 2 və 2,5 metr sürətlə hərəkət edən liftlər də quraşdırırıq. Bunlar çox sürətli və komfortlu liftlərdir.

Növbəti aksessuar – şüşəli paketlərdir. Burada da həmçinin istehsalçılarda fərq vardır. Bu xüsusda ən keyfiyyətli istehsalçı – alman firmalarıdır. İnşa etdiyimiz evlərdə biz məhz alman firmalarının qızılı ağac rəngində olan şüşəli paketlərindən istifadə edirik. Bu paketlərin qiyməti isə öz növbəsində ağ rəngli şüşəli paketlərin qiymətindən yüksəkdir.

Elə evə vurulan üzlüyün də mühüm əhəmiyyəti vardır. Bu məqsəd üçün istifadə olunmuş materialın xüsusiyyətlərini bilmək vacibdir. Bu xüsusiyyətlər onun odadavamlılığı, hidroizolyasiyasının mövcudluğu, möhkəmliyi və sairədir. Məsələn, bəzi üzlüklər var ki, onlar evin tam üzlənməsi üçün yox, yalnız dekorativ üzlənmə üçün istifadə olunur.

- Bir çox alıcılar elə indiyə qədər də yeni inşa edilmiş evlərə etimadsızlıqla yanaşaraq sovet dövründə tikilmiş köhnə evlərə üstünlük verirlər. Bu tendensiya nə qədər düzgündür?

Əlbəttə, əgər yeni tikilmiş binada mənzil axtaran alıcı, bəzi yuxarıda gösrərilən və digər pozuntularla rastlaşırsa, onda belə binada heç bir halda mənzil almaq olmaz. Çünki, mənzil alqısı birbaşa olaraq həyati təhlükəsizliklə bağlı olan ciddi kapital qoyuluşudur. Lakin, buradan belə çıxmır ki, sovet dövrünün binalarında mənzil almaq lazımdır. İş burasındadır ki, hər bir evin özünün istismar müddəti vardır. Məsələn, betonun yararlılıq müddəti məhduddur – 50 ildən sonra beton özünün möhkəmlilik keyfiyyətini itirməyə başlayır. Bundan da başqa, bu gün köhnə evlərə hər hansı kapital qoyuluşu – heç də sərfəli bir iş deyil. Çünki, bu zaman hər kvadrat metrə düşən qiymət fərqi köhnə evlərin yox, yeni tikilmiş evlərin xeyrinə olacaqdır. Buna nümunə olaraq Ukrayna, Qazaxıstan kimi MDB-nin digər ölkələrindəki daşınmaz əmlak bazarlarını göstərmək olar. Ümumiyyətlə götürüldükdə isə, sovet dövrünün yaşayış binalarının əsas hissəsi öz ömürünü başa vurmaq üzrədir. Və eyni zamanda, əlbəttə, elə evlər də vardır ki, onlar memarlıq abidəsidirlər və sökülməyəcəklər. Və onları qoruyub saxlamaq üçün bərpa edirlər. Azərbaycan zamanla ayaqlaşaraq, tədricən yaşayış komplekslərini yeniləşdirir. Alıcıların isə belə evlərin seçimi zamanı onlar haqqında maksimum çox məlumat almağa haqları vardır.

- Sizin gətirdiyiniz dəlillərlə razılaşmamaq çox çətindir. Amma Sizin özünüzün də qeyd etdiyiniz kimi, heç də bütün yeni tikilən binalar keyfiyyət standartlarına cavab vermirlər. Bu zaman, əlbəttə ki, hər bir tikinti şirkəti onun işlərində ciddi nöqsanların olmadığını iddia edəcəkdir. Bəs onda alıcı nə etsin?

Əvvəla, mənim artıq yuxarıda qeyd etdiyim kimi, alıcı özünün ilkin təhlilləri əsasında tikinti şirkətinin işinin bəzi parametrləri barədə hansısa nəticələrə gələ bilər. Bizim iş təcrübəmizdə elə müştərilər olmuşdular ki, evin keyfiyyəti barədə sözlərimizə inanmayaraq, tikinti yerlərinə getmiş, tikinti meydançalarından məsələn, armatura parçaları götürmüş və laboratoriyalarda müstəqil ekspertiza etmişdilər. Və nəhayətdə materialın keyfiyyətli olmasına əmin olaraq mənzili almışdılar. Məhsuldan başı çıxan və keyfiyyətə münasibətdə tələbkar olan müştəri – yüksək standartlara cavab verməyi özünün prinsipi elan etmiş şirkət üçün ən yaxşı müştəridir. Və bazarda belə müştərilər nə qədər çox olsalar, bir o qədər də şirkətlərin inkişaf etməyə stimulları olacaqdır. Belə ki, onlar müştəri uğrunda mübarizə aparmağa məcbur olacaqlar. Əlbəttə, qeyd etmək lazımdır ki, hətta istəsə belə müştəri evin keyfiyyətini professional qimətlənləndirilməsini həyata keçirə bilməz. Çünki, bunun üçün tikinti sahəsində mütəxəssis olmaq və xüsusi texnologiyalara və ehtiyatlara malik olmaq lazımdır.

Məhz buna görə, Qərbdə tikinti layihələri üzərində dünya şöhrətli və çoxillik etimad krediti olan müstəqil ixtisaslaşdırılmış auditor şirkətlərinin nəzarəti praktikası təcrübəsi tətbiq edilmişdir. Məsələn, belə auditor şirkətləri tərəfindən verilmiş keyfiyyət sertifikatları əsasında tikinti şirkətləri sığorta şirkətlərinin sığorta polislərini əldə etmək imkanı qazanırlar.

Biz ən böyük diqqəti evlərimizin keyfiyyəti məsələsinə ayırmışıq. Və məhz buna görə də 2006-cı ildən başlayaraq “Altes Construction” materialların keyfiyyətinə nəzarət sahəsində liderlərdən biri olan İsveçrənin “SGS” şirkəti ilə əməkdaşlığa başlamışdır. Hal-hazırda, biz ölkədə layihələrinin keyfiyyətinə ixtisaslaşdırılmış beynəlxalq şirkət tərəfindən zəmanət verilən ilk və yeganə şirkətdir.

- Lütfən, “SGS” şirkəti barəsində bir qədər müfəssəl məlumat verin.

“SGS” şirkətinin tarixi 100 il bundan əvvəl başlayıb. O zamandan bəri bu şirkətin adı keyfiyyət və etibarlılığın etalonuna çevrilmişdir. “SGS” şirkətində 50000 nəfərə yaxın mütəxəssis çalışır və bu şirkət bütün dünya üzrə 1000 laboratoriya və ofis şəbəkəsini idarə edir. Şirkətin baş ofisi İsveçrənin Cenevrə şəhərində, müfəttişlik, nəzarət, testləşdirmə və sertifikatlaşdırma, tikinti üzrə ixtisaslaşmış ofisləri isə İspaniyanın və Çexiyanın paytaxtlarında, müvafiq olaraq Madriddə və Praqadadırlar.

“SGS” bizim layihələr üzərində onların işçi layihələrinin hazırlanması, təchizatı və implementasiyası da daxil olmaqla, müxtəlif mərhələlərində nəzarəti həyata keçirir. Konseptual şəkildə isə “SGS” 5 sahə üzrə nəzarət aparır ki, bunlar da memarlıq, quruluş, mexanika, elektrik və yanğın təhlükəsizliyi sahələridir. Belə ki, məsələn, bizim iki layihəmizdə - “Academy House” və “Caspian Terrace” layihələrimizdə yanğın təhlükəsizliyi, “Emerald Palace”da isə mexanika, elektrik və yanğın təhlükəsizliyi üzrə nəzarət aparılır. “Altes Plaza” və “Altes Park” layihələri isə tamamilə, yəni bütün parametrlər üzrə “SGS” tərəfindən nəzarətə alınmışdır.

- Bəs, bu nəzarəti “SGS” şirkəti necə həyata keçirilir?

Nəzarətin həyata keçirilməsi 3 əsas mərhələdən ibarət olur.

Birinci mərhələdə layihənin təsdiq edilməsi baş verir. Bu mərhələdə layihə təşkilatları tərəfindən hazırlanmış layihə “SGS”in Praqa ofisinə göndərilir. Burada, müxtəlif sahələr üzrə olan mütəxəssislər zəruri hallarda dünya standartlarının tələblərinə uyğun olaraq, layihəyə əlavələri və dəqiqləşdirmələri də daxil edirlər. Sonra bu işçi layihə “SGS” tərəfindən təsdiqlənir və implementasiya üçün göndərilir.

Sonrakı mərhələ - təchizatdır. Bu mərhələdəc ”SGS” şirkəti tikinti materiallarının təchizatçıları arasında tender keçirir. Tenderin nəticəsində bir neçə parametr (istifadə olunan avadanlıq, istehsalat texnologiyası, işçi heyət, xammalın saxlanması, laboratoriya və s.) üzrə standartların tələblərinə cavab verən 3 əsas təchizatcı müəyyən edilir. Daha sonra, təchizatçının göndərdiyi matgerialların, avadanlıqların və görülmüş işlərin bir daha testləşdirilməsi aparılır. Bu əməliyyat özü də iki səviyyəyə: vizual və laborator testləşdirmə səviyyələrinə bölünür.

Üçüncü və yekun mərhələ - implementasiya mərhələsidir. Bu mərhələyə tikinti prosesi, təchizata cari nəzarət və sertifikatlaşdırılma aiddir. Bu mərhələ tikinti meydançalarında olan və işlərin müəyyən edilmiş tələblərə cavab verməsini izləyən “SGS” şirkətinin mütəxəssislərinin bilavasitə nəzarəti altında keçirilir.

- Alıcı üçün çox mühüm olan bir amil də vardır. Bu amil – tikintinin müddətidir. Siz öz praktikanızda bu məsələnin yaratdığı problemlərlə rastlaşmısınızmı?

Tez və vaxtında tikilmiş ev, hələ o demək deyil ki, keyfiyyətidir. Bəli, bizdə evin istismara verilməsinin gecikməsi məsələsi olmuşdur. İş burasındadır ki, tikinti – bir şirkətin işinin prosesi deyildir. Və burada işlərin müxtəlif seqmentlərinə cavab verən bir neçə təşkilatın sıx qarşılıqlı əlaqəsi müşahidə olunur. Tikintinin vaxt baxmdan çətinliklə planlaşdırıla bilən mərhələləri vardır. Lakin, artıq qeyd etdiyim kimi, bizim üçün ən önəmli məsələ - keyfiyyət məsələsidir. Nəzərə alanda ki, ev – çox ciddi və maliyyə nöqteyi-nəzərindən böyük pul tələb edən və eyni zamanda çox uzun müddətə - onilliklər üçün alınan bir şeydir, bu halda onun istismara verilməsində bir-neçə ay çəkə bilən gecikmə xoşa gəlməyən bir hal olsa da, bir o qədər də prinsipial deyildir. Bir qədər gözləmək olar, lakin evə köçəndə əmin olursan ki, bu ev necə gəldi, tez-tələsik tikilməmişdir.

- “Altes Group” holdinqinin fəaliyyəti barədə nə deyə bilərsiniz?

“Altes Group” holdinqi Azərbaycan bazarında artıq 12 ildir ki, müvəffəqiyyətlə inkişaf edir. O, öz fəaliyyətini bir neçə strateji istiqamət üzrə həyata keçirir. Yuxarıda qeyd etdiyim kimi, holdinqin tərkibinə “Altes Construction” tikinti şirkəti və həmçinin Azərbaycanın ən iri əczaçılıq şirkətlərindən biri olan “NUR Pharm” şirkəi daxildir.

“Altes Group” holdinqi Gəncə və Lənkəran kimi iri regional mərkəzlər də daxil olmaqla, Azərçaycanın bütün ərazisində fəaliyyət göstərir. Holdinq həmçinin xaricdə də layihələr həyata keçirir. Hal-hazırda, biz Qazaxıstanda tikinti layihələrinin işə salınması yönündə fəal şəkildə çalışırıq.

Həmçinin, onu da qeyd etmək istəyirəm ki, holdinqimiz bir sıra diplomatik nümayəndəliklər və nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Holdinqin ABŞ səfirliyinin kommersya şöbəsi ilə sıx əməkdaşlığını isə xüsusi qeyd etmək istərdim. Belə ki, bu partnyorluq “Biznesdəki nailiyyətlərin yüksək qiymətləndirilməsi” sertifikatı ilə təltif olunmuşdur.






















Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Park az Emerald az cont az
Live Chat by comm100
Яндекс.Метрика