az | ru | en


“Altes Construction” un yaşayış komplekslərinin inşa tempi aşağı düşməmişdir.


06 may 2009-cu il. 10:31

“Altes Group” holdinqinə daxil olan “Altes Construction” şirkətinin tikinti templəri aşağı düşməmişdir.

Ölkəmizin ən iri tikinti-investisiya şirkətlərindən biri olan “Altes Construction” şirkəti yaşayış komplekslərinin üç ən yüksək kateqoriyası – “Business”, “Premium” və “De Luxe” kateqoriyası üzrə layihələşdirmə, tikinti, satış və sonrakı istismarı sahəsində fəaliyyət göstərir. Hazırda, 3 tikinti meydançasında - “Altes Plaza Deluxe Class”, “Altes Park Premium Class” və “Emerald Palace Business Class” meydançalarında tammiqyaslı işlər gedir. Şirkətin 2 başqa evi – “Caspian Terrace” və “Academy House” evləri isə artıq sakinlərin istismarı üçün təhvil verilmişdir. Xatırladaq ki, “Altes Group” holdinqinin tərkibinə Azərbaycanın ən iri əczaçılıq şirkətlərindən biri olan “NUR Pharm” şirkəti də daxildir.



“Altes Plaza” – “De Luxe” klassında olan 5-ulduzlu yaşayış kompleksidir

Kompleksin birinci qülləsində əsas texnoloji tsiklin işləri, yəni: 22-mərtəbəli yaşayış evinin monolit dəmir-beton konstruksiyalarının ucaldılması – tam həcmdə yerinə yetirilmişdir. Bu xüsusda 19 000 kvadrat metr sahə tikilmişdir. Hal-hazırda, termo- və hidroizolyasiya işləri aparılır, qüllənin fasadının şüşəyə salınması üçün konstruksiyalar quraşdırılır. Xatırladaq ki, kompleksin tikintisində bu sahədə Belçikanın aparıcı şirkəti olan “Saint-Gobaint” şirkətinin fasad şüşələrindən istifadə olunur. Paralel şəkildə qüllənin içərisində kommunikasiya sistemlərinin, yəni suyun, elektrik enerjisi xətlərinin, mərkəzləşdirilmiş istilik və kondisioner sistemlərinin qoşulması üzrə işlər aparılır.

İkinci qüllədə isə 6-cı mərtəbənin betonla örtülməsi işi tamamilə bitmişdir. Ümumiyyətlə isə burada 7 778 kvadrat metr sahə tikilmişdir ki, buraya həmçinin 3 mərtəbəli yeraltı parkinq də daxildir. Tikintinin başa çatması tarixi 2010-cu ilə planlaşdırılmışdır.



“Altes Park” – “Premium” klass olan yaşayış kompleksi

Birinci qüllədə monolit və izolyasiya işləri başa çatmışdır. Qüllənin keramoqranitlə üzlənməsi və şüşələnməsi üzrə işlər gedir. Eyni zamanda, kommunikasiya sistemlərinin, yəni suyun, elektrik enerjisi xətlərinin, mərkəzləşdirilmiş istilik və kondisioner sistemlərinin qoşulması üzrə işlər aparılır.

“B” qülləsində 11-ci mərtəbənin betonla örtülməsi işi tamamilə bitmişdir, 12-ci mərtəbədə i.lər gedir.

Tikintinin başa çatması tarixi 2010-cu ilə planlaşdırılmışdır.



“Emerald Palace” – “Premium” klass yaşayış kompleksi

Əsas texnoloji tsiklin, yəni hər üç qüllənin dəmir-beton konstruksiyalarının ucaldılması işi tam həcmdə yerinə yrtirilmişdir. 33 156 kvadrat metr sahə (hər mərtəbədə 17 mərtəbə) tikilib qurtarmışdır.

Fasadların qurulması, pəncərə yerlərinin örtülməsi üzrə işlər gedir. Paralel şəkildə də santexnika işləri aparılır.

Tikintinin başa çatması tarixi 2010-cu ilə planlaşdırılmışdır.





















Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Park az Emerald az cont az
Live Chat by comm100