az | ru | en


ALTES PLAZA


Müvəffəqiyyətlilik – bax budur müasir insanın əsas ölçü meyarı. Və bu insanın özünə layiqli “çərçivə” seçmək bacarığı isə onun yüksək sosial statusunun sübutudur. Və ən yaxşı belə “çərçivə” rolunu isə mənzil oynayır. 

Əgər Siz rahat və prestijli yaşayış yeri axtarışında olmusunuzsa, onda yəqin fikir vermisiniz ki, daşınmaz əmlak bazarında eyni zamanda həm ən tələbkar zövqə cavab verən və həm də yüksək keyfiyyətə malik olan mənzil tapmaq kifayət qədər çətindir. 

Bu məsələnin ən yaxşı həlli supermüasir “Altes Plaza” kompleksidir. “Altes Plaza” kompleksini tam cürətlə sürətlə yaxşılaşan Bakının yaraşığı adlandırmaq olar. Ən qabaqcıl tikinti texnologiyaları və konstruktor həllərinin tətbiqi ilə inşa edilmiş bu unikal memarlıq obyektinin yaradılması zamanı hər şeydə komfortu və keyfiyyəti qiymətləndirən müasir insanın bütün tələbləri nəzərə alınmışdır. Tikintiyə və dizayna göstərilmiş innovasion yanaşma nəticəsində, bu yeni kompleks özünün bütün detalları ilə “Altes Plaza De Luxe” adını daşımağa layiqdir. Axı “Altes Plaza”da olan apartamentlər, nəinki yalnız elitar daşınmaz əmlakdır, onlar həm də yüksək ictimai mövqenin nişanələridir. Və “Altes Plaza” kompleksinin malik olduğu xüsusiyyətlərdən bizim ideal ev barədə olan təsəvvürlərimiz formalaşır. 

Binanın unikal dizaynı ona orijinal siluet bəxş edir. Onun fasadı keramoqranit üzlüklə bəzədilib. Bu üzlüklərin estetikliyi xüsusi işıqlandırma ilə gözəl şəkildə qabardılmışdır. Belə dizayner həlli səbəbindən binanı şəhərin bir çox yerlərindən görmək mümkündür. 

“Altes Plaza” özünün daxili funksionallığına görə də unikaldır. Belə ki, burada mənzillərdə eyni zamanda isti və ya soyuq havanın vurulmasına imkan verən 4-kanallı kondisionerləşdirmə sistemi, hər bir mənzilə filtrdən keçirilmiş təmiz havanın gəlməsini təmin edən sorucu ventilyasiya sistemi işləyir. Kompleksin ərazisində üstü bağlı hovuz, restoran və idman zalı fəaliyyət göstərir. Bu kompleksin çox mühüm xüsusiyyətlərindən biri də onun yaradıcılarının sakinlərin avtomobillərini də nəzərə alaraq, onlar üçün avtoyuyucusu olan 3-mərtəbəli yeraltı avto-dayanacağın təşkil etmələridir. 

Binada həmçinin suyun mərkəzləşdirilmiş filtrasiya sistemi də quraşdırılmışdır. Bu isə, heç şübhəsiz, sakinlərin keyfiyyətli yaşamını təmin etmək üçün mühüm amillərdən biridir. Bundan da başqa, hər bir mənzildə Belçika istehsalı olan içərisinə arqon doldurulmuş şüşə-paketlər var ki, bunlar da pəncərələrin istilik qoruma xüsusiyyətlərini əhəmiyyətli dərəcədə yaxşılaşdırır və xarici təsirdən maksimal müdafiəni təmin edir. 

“Altes Plaza”da yaşayışın keyfiyyət səviyyəsi inspeksiya, testləşdirmə və sertifikatlaşdırma sahəsində dünya lideri olan İsveçrənin “SGS” şirkəti tərəfindən verilmiş sertifikatla təsdiq edilir. 

“Altes Plaza” kompleksində yaşayışın prestijliyini və binanın statusunu xüsusi vurğulayan ayrılmaz aspekt – ayrıca girişi, vestibülü, lifti və həmçinin binanın fasad tərəfindən vestibülünə parad girişi olan 3-mərtəbəli Penthausdur. 

Bəli, həqiqətən də “Altes Plaza” ideal yerdə - yəni, səs-küydən, avtomobil tıxaclarından və Bakı amfiteatrının aşağı hissəsinin boğanaqlığından uzaqda, - yerləşən ideal apartamentlərdir. Bu yerin eyni zamanda, həm də şəhərin mərkəzinə yaxın olması, kompleksin sakinlərinin rahatlığının təminatında mühüm rol oynayacaqdır. 

Və nəhayət, “Altes Plaza”nın daha bir keyfiyyəti vardır ki, onun haqqında hətta yazmaq belə çətindir. Belə ki, binada bir neçə mərtəbə yuxarı qalxdıqda elə gözəl mənzərə açılır ki, belə gözəlliyi Bakının hər hansı bir evinin pəncərəsindən görmək mümkün deyil. Burada isə... Burada isə yaşamaq istəyirsən!























Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Park az Emerald az cont az
Live Chat by comm100