En | Ru | Az




“SAMAL PLAZA” – Alma-Ata şəhərinin prestijli işgüzar rayonunda, “Əl-Fərabi” prezident prospektində yerləşən 6-mərtəbəli biznes mərkəzidir.

Bütün Mərkəzi Asiya regionunun maliyyə mərkəzi olan Alma-Ata şəhəri işgüzar infrastruktur layihələri ilə parlayır və “Samal Plaza” da belə şəhərin işgüzar abu-havasını yaradan biznes-mərkəzlərdən biridir.

Layihənin dizaynı, müasir işgüzar memarlığın təkləblərinə uyğun olaraq hay-trek stilində yerinə yetirilmişdir.

“Samal Plaza”da olan ofis sahələri beynəlxalq tələblərə və işgüzar dünyada biznes işinin aparılmasının Qərb təsəvvürlərinə cavab verir.

Kompleksdə olan binaların və ətraf ərazilərin bütün sutk boyunca mühafizəsi çoxsəviyyəli elektron təhlükəsizlik sistemi vasitəsilə həyata keçirilir. Bu mühafizəyə kompleksin, binanın ərazisinə və həmçinin lazımi mərtəbəyə girişə nəzarət; binanın bütün perimetri boyunca, yaxın əraziyə və ümumi istifadə yerlərinə videonəzarət daxildir. Bundan da başqa, mərkəzin bütün həyat təminatı sistemlərinin kompüter nəzarəti həyata keçirilir. Kompleksdə həmçinin mühafizə və yanğın təhlükəsizliyinin, iqlim-nəzarətinin, mərkəzi kondisionerləşmənin və ümumi mübadilə nəzarətinin ən yeni sistemləri, yüksək sürətli səssiz liftlər, opıtik-lif rabitəsi və müasir telekommunikasiya vasitələri fəaliyyət göstərir.

“Samal Plaza” biznes mərkəzi yerləşdiyi məkanla fərqlənir. Belə ki, kompleks Alma-Ata şəhərinin infrastrukturunun təbii artım yolu üzərində yerləşir və -
1. “Mega-Centre” – Mərkəzi Asiyada ən böyük ticarət mərkəzi ilə;
2. 44-mərtəbəli “Marriot” business and residence centre ilə;
3. dendroparkla;
4. “Alma-Ata” biznes-mərkəzi ilə;
5. “Jaylyau” qolf-kurortu ilə;
6. “Qazaxfilm” kinostudiyası ilə və
7. elitar tikililərlə qonşudur.

“Samal Plaza”nın inzibati mərkəzində Siz həmişə özünüzü rahat və sakit hiss edəcəksiniz. Bu layihədə insana məhsuldar və əmin halda biznes işini aparması üçün hər bir şey nəzərə alınmışdır. Belə ki, burada geniş konfrans zalları, danışıqlar aparılması üçün rahat otaqlar, yaraşıqlı, təqdimata layiq vestibüllər, müasir ofislər, restoran, 2-səviyyəli parkinq və bir çox başqa xidmətlər fəaliyyət göstərməkdədir.


















Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Park az Emerald az cont az
Live Chat by comm100
Яндекс.Метрика