
“EMERALD PALACE” – “Business” klass kateqoriyalı yaşayış layihəsidir ki, “Altes Group”un 33 üstün cəhətini özündə cəmləşdirmişdir. Bu layihədə keyfiyyət, gözəllik və komfort ayrılmaz vəhdət halına gəlmişdir.
Kompleks üç qüllədən ibarət bir tikilidir ki, bütün sakinlərinin şəhərin gözəlliyindən və dənizə olan mənzərədən həzz almaları üçün xüsusi qaydada yerləşdirilmişdir. Qeyd etmək lazımdır ki, bu kompleksin tikintisində də “Altes Group” öz ənənələrinə sadiq qalaraq müasir standartlara cavab verən yüksək keyfiyyətli materiallardan istifadə etmişdir. Kompleksin inkişaf etmiş infrastrukturu onun sakinlərinə qayğıları yaddan çıxarmağa imkan verir. Kompleksin çox yaxşı mühafizə olunan ərazisində Siz özünüzü tamamilə təhlükəsiz hiss edəcək və buradakı həyətdə ailənizlə birlikdə rahat istirahət edə biləcəksiniz. Sizin qonaqlarınız da həmçinin diqqətdən kənarda qalmayacaqlar. Belə ki, onlar üçün qonaq parkinqi nəzərdə tutulmuşdur və sürətli “Mitsubishi” liftləri isə 1,75 m/san sürətlə onları lazımi mərtəbəyə çatdıracaqdır.
“Emerald Palace” – 3 mühüm amilin: qiymət-keyfiyyət-yer amillərinin gözəl sintezindən yaranmışdır.
“EMERALD PALACE”ın 33 xüsusiyyəti: