En | Ru | Az




“CASPIAN CASTLE” - “Business” klass kateqoriyalı və “Altes Group”un 33 üstün cəhətini özündə cəm etmiş bir yaşayış layihəsidir.

“Caspian Castle” kompleksinin ərazisinə düşən hər bir kəs ixtiyarsız şəkildə orada sürən dinc sakitlik atmosferindən heyrətə gəlir. Memarlıq ansamblının bütün elementlərinin harmonik şəkildə yerləşməsi genişlik və rahatlıq hisslərini eyni zamanda yaradır.

Bu evin müasir görünüşü üzlük aqlay daşının və vitraj şüşələnməsinin vəhdətindən yaranmışdır. Ən yaxşı xarici materialların, insolyasiya üzrə ən yaxşı göstəricilərin tətbiqi ilə yaradılmış vestibüllərin və holların dizaynı və bəzədilməsi – interyerlərin tərtibi incəsənətinin ən gözəl nümunələrindən sayılır.

Tökmə döşəmələr, hündür (3,5 m) tavanlar, divarların hazırlanması – bütün bunlar dəbə uyğun, funksional və keyfiyyətlidir.

“Caspian Castle” kompleksindəki mənzillərin daha bir üstünlüyü – pəncərələrdən parka və şəhərin digər görməli yerlərinə açılan, qeyri-adi gözəlliyə malik mənzərə görünüşləridir.

“CASPİAN CASTLE”ın 33 xüsusiyyəti:

  • ekoloji cəhətcə təmiz rayon;
  • şəhərin mərkəzinə yaxınlıq;
  • rahat gəlib çatma yolları;
  • qapalı həyət;
  • şəhərə açılan gözəl mənzərə;
  • ingilis baxçası;
  • uşaq oyun meydançası;
  • gecə-gündüz mühafizə olunan ərazi;
  • fasadların elitar üzlənməsi;
  • DİS (qapıların interkommunikasiya idarə edilməsi - домофон);
  • daxili nömrələri olan ev ATS-i;
  • vestibülə, uşaq meydançasına, qaraja və digər sahələrə evdən rahat videonəzarət sistemi;
  • səliqəli, mebelli vestibül;
  • geniş və sürətli “Mitsubishi” liftləri;
  • yeraltı parkinq;
  • qonaq parkinqi;
  • ticarət infrastrukturu;
  • texniki xidmət;
  • “Altes Group”un lüks evlərində yaşama nizamnaməsi;
  • otaqların azad şəkilli planlaşması;
  • hündür tavanlar (döşəmədən döşəməyə 3,40 – 3,60m);
  • fərdi və qonaqlar üçün nəzərdə tutulmuş santexnika qovşaqları;
  • balkonlarda traplar;
  • Almaniya istehsalı olan şüşəli paketlər;
  • seysmik davamlılıq;
  • A 500C markalı armatur;
  • beynəlxalq standartlı istilik sistemi;
  • mərkəzləşdirilmiş yanğın əleyhinə sistem;
  • ehtiyat generatorlar sistemi;
  • suyun filtrasiyası mərkəzi sisteminin beynəlxalq standartı;
  • kabel və peyk telekanalları;
  • yüksək sürətli internet;
  • qiymət – keyfiyyət – yer amillərinin vəhdəti.
     





  • Content on this page requires a newer version of Adobe Flash Player.

    Get Adobe Flash player

    Park az Emerald az cont az
    Live Chat by comm100
    Яндекс.Метрика