En | Ru | Az




“Altes Plaza”– unikal, regionda analoqu, misli-bərabəri olmayan, “De Luxe” kateqoriyalı yaşayış kompleksi layihəsidir. “Altes Plaza” - 5-ulduzlu otellərin ən yaxşı nümunələri əsasında olan və “Altes Construction”un 55 xüsusiyyətini özündə birləşdirmiş unikal yaşayış kompleksidir. “Altes Plaza”ya daxil olanda zənginlik, cəh-cəlal, kompleksin möhtəşəmliyi artıq insanı heyrətləndirməyə başlayır. Belə ki, döşənmiş gəzinti yolları, gül qazonları, qranit plitələrdən quraşdırılmış fəvvarə Sizi laqeyd qoymayacaqdır. Kompleksin fasad tərəfindən olan parad girişi isə bu tikilinin statusunu bir daha göz çarpdırır.

Kompleks yüksək sürətli (2,5 m/san) “Mitsubishi” liftlərinin mərkəzləşdirilmiş idarəedilməsini, rəqəmsal telefon rabitəsini, 4-kanallı kondisionerləşdirmə və istilik sistemini, həmçinin filtrə edilmiş təmiz havanın daxil olmasını və komfortlu yaşam üçün sairə rahatlıqları təmin edən bir “intellektual ev” dir.

“Altes Plaza”nın sakinlərinin və onların qonaqlarının ixtiyarında kompleksin yüksək ixtisaslı işçi heyətinin bütün gün ərzində göstərdiyi xidmətlər, restoran, idman zalı, həmçinin yeraltı və qonaqlar üçün parkinq vardır. Kompleksdə həmçinin camaşırxana, kimyəvi təmizləmə və avtomobilləri yuma məntəqələri də fəaliyyət göstərirlər.

“Altes Plaza” yaşayış kompleksində müştərilərə “De Luxe” kateqoriyalı elit mənzillərdən başqa, eksklüziv mənzillər və həmçinin ayrıca lifti olan 3-mərtəbəli penthaus da təklif edilir. “Altes Plaza”nın tikintisində ən qabaqcıl texnologoyalardan, keyfiyyətli tikinti materiallarından istifadə edilir, ən yeni mühəndis fikirləri tətbiq edilir. Kompleks içərisində arqon qazı olan xüsusi “Sait Gobain” şüşəli paketləri ilə təchiz edilmişdir.

“Altes Plaza” – keyfiyyətinə, bu sahədə dünya lideri olan ixtisaslaşdırılmış beynəlxalq “SGS” şirkəti tərəfindən zəmanət verilmiş elitar yaşayış kompleksidir.

İNTELLEKTUAL EV

“Altes Construction” şirkəti tikilən binanı “intellektual” sistemlərlə təchiz etmək planlaşdırmışdır. Bu iş həyata keçiriləndən sonra “Altes Plaza” “intellektual ev” adlandırılmaq hüququ qazanacaqdır. Hazırki mərhələdə “intellektual” avadanlıq təchizatçıları arasında tender keçirilir. Tenderin nəticəsində ən yaxşı göstərici nümayiş etdirmiş təchizatçı, quraşdıracağı avadanlığa uyğun olan plan-layihə təqdim etməli olacaqdır. Və bu təqdim edilmiş layihə, dünya standartlarının tələblərinə uyğun gəlməsinin yoxlanılması üçün “SGS” şirkətinin Praqa ofisinə göndəriləcəkdir.

“Altes Plaza”da quraşdırılacaq “intellektual ev”in elementləri barədə məsələyə gəldikdə isə, qeyd etmək zəruridir ki, bu xüsusda təqdim olunacaq tələblərin minimal paketi mövcuddur.

Evlərin “intellektuallaşdırılması” prosedurunu 2 hissəyə: evin idarə edilməsi və mənzilin idarə edilməsi – hissələrinə bölünməsi nəzərdə tutulmuşdur.

  •   Evin idarə edilməsi. Bu hissəyə - mexanika (liftlərin idarə edilməsi, mərkəzi kondisionerləşdirmə sistemi və sairə), elektrik enerjisi ilə təminat, yanğın təhlükəsizliyi və mühafizə sistemləri məsələləri daxildir.
  • Mənzilin idarə edilməsi. Bu hissənin siyahısına isə - müxtəlif mərtəbələrə girişin şəxsiyyətin identifikasiyalaşdırılması ilə məhdudlaşdırılması, mobil telefon vasitəsilə mərkəzi kondisionerləşdirmə sisteminin idarə edilməsi aiddir.
  • Bu xüsusda bir faktı da qeyd etmək lazımdır ki, “Altes Construction” şirkəti “intellektual” sistemlərin müştərinin arzusuna uyğun olaraq əlavə xidmətlər artırmağa imkan verən baza versiyasını da yaradacaqdır.

    “ALTES PLAZA” nın 5 ÜSTÜNLÜYÜ

    GÖZƏLLIK

    Hər bir bina ilk növbədə etibarlı və rahat olmalıdır. Lakin, mühümlüyü baxımından heç də daha az olmayan bir xüsusiyyət də vardır - gözəllik. Bəli, məhz bu xüsusiyyət insanda ali hisslər oyadır. Və məhz bu – memarlığı incəsənətə çevirir. “Altes Plaza” böyük miqyaslı, dayanıqlı və eyni zamanda hündürlüklərə can atan bir tikilidir ki, hər bir elementi üzvi şəkildə onun forması ilə uyğun gəlmişdir. Fasadların keramoqranitdən olan elitar üzlənməsi, şəhərə gözəl bir mənzərə açan panorama vitrajları, fasadın möhtəşəm işıqlandırılması və binanın düzgün seçilmiş yeri – Bakı şəhərinin bir çox yerlərindən görünən gözəlliyi yaradır.







    UNIKALLIQ

    “Altes Plaza” ilə ilkin tanışlıq zamanı insanı ilk növbədə binanın unikal forması heyran edir. Belə ki, öz xarici cizgiləri ilə bu tikili nəhəng bir briqantina gəmisinin gözəl yelkənlərini xatırladır. “Altes Plaza”nın təkrarsız arxitekturası, bu kompleksi şəhərimizin digər evləri arasından fərqləndirəcək və həqiqətən də paytaxtın simvollarından birinə çevirəcəkdir. Belə ki, binanın unikal dizaynı – Sizin kapitalınızın likvidli olmasının zəmanətidir. Çünki, unikallıq həmişə qiymətdədir.








    KOMFORT

    Komfort - müasir yaşayış evinin səviyyə və statusunu müəyyən edən ən mühüm meyarlardan biridir. Bu sahədə əldə edilmiş yüksək göstəricilər “Altes Plaza” kompleksinin sakinlərinə müasir həyatın qaça-qaçından, narahatçılığından tamamilə istirahət etməyə imkan verir. Hər bir mənzilə verilən filtrə edilmiş təmiz hava ilə olan ventilyasiya sistemi. Apartamentlərə daima daxil olan oksigendən alınan həzzi təsvir etmək mümkün deyildir – onu hiss etmək lazımdır. 4-kanallı mərkəzikondisionerləşdirmə və isti hava sistemi. Bu - ən tələbkar sakinlərin belə istəklərini ödəyən eyni zamanda “istilik + soyuqluq” sistemidir. Altı ədəd eksklüziv, geniş (1000 kq), sürətli (2,5 m/san), mərmər döşəməli, reduktorsuz mühərriklərə malik olan “Mitsubishi” liftləri genişlik və ləzzət hisi verəcəkdir. Qapalı hovuz, restoran, idman zalı və mərkəzi vestibül – otel atmosferinin yaradılmasının zəruri detalları. İçərisində avtoyuyucu da olan 3-mərtəbəli yeraltı dayanacaq – artıq Siz avtomobilinizin çirkli olmasının qayğısına qalmayacaqsınız. Və bütün bunlar mərkəzdə, lakin ənənəvi şəhər səs-küyündən, tıxaclarından və Bakı amfiteatrının aşağı hissəsinin boğanağından uzaq olan bir yerdə mərkəzləşmişdir.



    KEYFIYYƏT

    Hal-hazırda Bakıda aparılan müasir tikinti işləri getdikcə daha mürəkkəb və kamil layihə işlərinin tətbiqi ilə, kostruktor həllinə görə maraqlı olan çoxmərtəbəli tikililərin sayının artması ilə diqqəti cəlb edirlər. Eyni zamanda və bütün bunlarla bərabər keyfiyyətə olan tələblər də artmışlar. Binaların tikintisi zamanı Sizin arxayınçılığınızı 100% təmin etmək üçün “Altes Constructin” şirkəti ən müasir texniki vasitələri və tikintinin keyfiyyəti üzərində effektiv nəzarət sistemini – İsveçrənin “SGS” şirkətinin nəzarəti altında layihələşdirməyə və tikintiyə beynəlxalq zəmanət sistemini tətbiq edir. İçərisinə arqon qazı doldurulmuş Belçikanın keyfiyyətli şüşəli paketləri – kənar xarici təsirdən maksimal müdafiəni təmin edir. Suyun mərkəzi filtrasiyasa sisteminin beynəlxalq standartı isə sağlam həyatın rəhnidir.






    PRESTIJ

    Prestij və yüksək həyat tərzi həvəskarları “Altes Plaza”nın unikal memarlıq görünüşünü, daxili otaq və sahələrin forma və quruluşunun təşkilini və binanın təchizatını qiymətləndirəcəklər. Çünki, məhz bu xüsusiyyətlər yüksək keyfiyyətli bahalı yaşayış yeri üçün müəyyənedici amillərdir. Bu gün, “Altes Plaza”da mülkiyyət sahibi olmaq onun sahibinin statusunun göstəricisidir. “Altes Plaza”da olan mənzillər nəinki yalnız elitar daşınmaz əmlakdır, bu – xüsusi həyat tərzinin nişanəsidir. Ayrıca vestibülü, lifti və girişi olan üçmərtəbəli Penthaus. Fasaddan vestibülə olan parad girişi evin statusunu vurğulayır və ona xüsusi dəbdəbə və təmtəraq verir.







    “ALTES PLAZA”nın 55 xüsusiyyəti:

  • ekoloji cəhətcə təmiz rayon;
  • şəhərin mərkəzinə yaxınlıq;
  • rahat gəlib çatma yolları;
  • qapalı həyət;
  • şəhərə açılan gözəl mənzərə;
  • yaşıllıq cəhətcə zəngin olan baxçaya yaxın olma;
  • ingilis baxçası;
  • bütün ərazinin işıqlandırılması;
  • güllüklər və rahat bağ skamyaları;
  • döşənmiş gəzinti yolları;
  • qranitlə döşənmiş fəvvarə;
  • uşaq oyun meydançası;
  • gecə-gündüz mühafizə olunan ərazi;
  • qaya üzərində inşa edilmiş bünövrə;
  • binanın unikal dizaynı;
  • panorama vitrajları;
  • fasadların elitar üzlənməsi;
  • fasaddan parad girişi;
  • girişə nəzarətlə olan seyf qapıları;
  • DİS (qapıların interkommunikasiya idarə edilməsi - домофон);
  • səliqəli, mebelli vestibül;
  • qapıçı;
  • mötəbər qonşular;
  • geniş və sürətli (2,5 m/san) “Mitsubishi” liftləri;
  • yeraltı parkinq;
  • qonaq parkinqi;
  • avtomobillərin yuyulması;
  • ticarət infrastrukturu;
  • camaşırxana / kimyəvi təmizləmə;
  • dayə xidmətləri;
  • idman zalı;
  • qapalı hovuz;
  • restoran;
  • texniki xidmət;
  • “Altes Group”un lüks evlərində yaşama nizamnaməsi;
  • “İntellektual” mənzillər;
  • ayrica girişli və liftli üçmərtəbəli penthaus;
  • otaqların sayının və sahəsinin optimal uyğunluğu;
  • otaqların azad şəkilli planlaşması;
  • balkonlarda traplar;
  • Belçika istehsalı olan şüşəli paketlər;
  • seysmik davamlılıq;
  • ildırımdan müdafiə;
  • A 500C markalı armatur;
  • təmiz hava vuran ventilyasiya sistemi;
  • mərkəzi istilik sistemi;
  • dördkanallı mərkəzi kondisionerləşdirmə sistemi;
  • mərkəzləşdirilmiş yanğın əleyhinə sistem;
  • ehtiyat generatorlar sistemi;
  • suyun filtrasiyası mərkəzi sisteminin beynəlxalq standartı;
  • daxili nömrələr olan ev ATS-i;
  • kabel və peyk telekanalları;
  • yüksək sürətli internet;
  • qiymət – keyfiyyət – yer amillərinin vəhdəti.

  • Content on this page requires a newer version of Adobe Flash Player.

    Get Adobe Flash player

    Park az Emerald az cont az
    Live Chat by comm100
    Яндекс.Метрика