
“ALTES PARK” – “Altes Group” şirkətinin 44 üstünlüyünü özündə birləşdirən və “Premium” kateqoriyalı bir layihədir. “Altes Park”ın unikal dizaynı və fasadının keramoqranitlə üzlənməsi onu digər binalardan müsbət şəkildə fərqləndirir, binada olan panorama vitrajları isə genişlik hissi yaradır, Sizin otaqlarınıza rahatlıq verir və şəhərə gözəl bir mənzərə açır.
Keyfiyyətə nəzarəti həyata keçirən İsveçrənin beynəlxalq “SGS” şirkəti 5 mühüm və əsas parametr üzrə “Altes Park” layihəsinin tam nəzarətini həyata keçirir. Bu parametrlərə binanın arxitekturası, konstruktor işləri, mexanika və elektrik təminatı sistemləri və həmçinin yanğın təhlükəsizliyi sistemi aiddir. Ən etibarlı materiallardan, - məsələn, yüksək keyfiyyətli “A500C” markalı armatur və ya müasir standartlara cavab verən beton kimi materiallardan – istifadə edilməsi “Altes Park”ı seysmodavamlı və demək, təhlükəsiz edir.
Şəhərin mərkəzindən bir-neçə dəqiqəlik yolda olan ekoloji cəhətdən təmiz rayonda yerləşməsi Sizə “Altes Park” tərəfindən bəxş edilən daha bir üstünlükdür. Axı, məhz yaşayış yerinin yerləşdiyi məkan bir çox hallarda Sizin halınızı, səhhətinizi və işlərinizdəki müvəffəqiyyətinizi müəyyən edən amilə çevrilir. Gözəl axşamlarda yaşıllıqlar içərisində itib-batan bağçada mənəvi həzz alaraq istirahət edin. Yüngül meh və yarpaqların xışıltısı gərginliyimizi aradan götürür və başa çatmış günün yorğunluğunu aparır. Gül-çiçək arasında olan bağça skamyalarında əyləşib, sevimli kitabınızı vərəqləyərək Siz gülümsər üzlə övladınızın öz həmyaşıdları ilə uşaq meydançasında necə oynamasını müşahidə edəcəksiniz.
“Altes Park” kompleksinin infrastrukturu elə bir inkişaf səviyyəsindədir ki, artıq Siz mağazalara gedib nə isə axtarmağa vaxt sərf etməyəcəksiniz, eyni zamanda sevimli idman növü ilə məşgul ola bilərsiniz – bütün bunlar üçün Sizə evinizi tərk etməyə ehtiyac olmayacaqdır: belə ki, qapalı hovuz və geniş trenajor zalı Sizə bu imkanı verəcəkdir.
Evin daha bir mühüm rahatlığı yeraltı avtomobil dayanacağının olmasıdır. Bu zaman, Sizin qonaqlarınız üçün ayrıca qonaq parkinqi nəzərdə tutulmuşdur. Mənzilinizdə mövcud olan videonəzarət sistemi Sizə evinizdə divanın üstündə əyləşərək hər bir an avtomobilinizi, vestibülü, körpələrinizin oynadığı uşaq oyun meydançasını və s. görə bilməyə imkan verir.
Gülərüz qapıçı Sizi hər zaman vestibülün qarşısında qarşılayır, qonaqlarınızı yola salır. Amma, lazım gələndə Sizin qonaqların səliqəli şəkildə hazırlanmış və mebellə örtülmüş vestibüldə də gözləməyi çox rahatdır.
Biz həyatınızın bizim evlərdə Sizə sevinc bəxş etməsi üçün əlimizdən gələn hər şeyi edirik. Mənzilinizin yüksək tavanı Sizin üçün yüngüllük və genişlik hissi yaradacaq, alman şüşəli paketləri isə küçənin səs-küyünün Sizin istirahətinizi pozmağa imkan verməyəcəkdir.
Müasir həyatı keyfiyyətsiz kommunikasiyasız təsəvvür etmək çox çətindir. Yüksək sürətli internet, rəqəmsal telefon rabitəsi, həmçinin fərdi ATS Sizi sürətli və keyfiyyətli rabitə ilə təmin edəcəkdir.
Binaların təhlükəsizliyi – bizim müştərilərimizin imtiyazlarından biridir. Biz “Altes Park”ı müasir mərkəzləşdirilmiş yanğınəleyhinə sistemlə təchiz etmişik. Suyun verilmlsi və təmizlənməsi sistemi isə ən yüksək beynəlxalq standartlara cavab verir.
“Altes Park” 3 mühüm faktorun: qiymət-keyfiyyət-yer faktorlarının gözəl tərzdə həmahəngliyidir.
“Altes Park”ın 4 mühüm üstünlüyü
“ALTES PARK”ın 44 xüsusiyyəti: