En | Ru | Az




“ALATAU RESIDENCE” Alma-Ata şəhərinin yuxarı hissəsində, Almasaran dərəsində, Zaili Alatau dağlarının ətəyində yerləşən elitar kurort-sağlamlıq tikililər rayonunda 9-mərtəbəli yaşayış binasıdır.

Ekoloji cəhətcə təmiz olan rayon, şəhərin və dağların gözəl mənzərəsi və orijinal memarlıq “Alatau Residence” kompleksini Alma-Ata şəhərinin mirvarisinə çevirmişdir.

Şəhərin mərkəzi və aşağı hissələrinə nisbətən hündür yer, dağlara yaxın olma ətraflara insanı heyran edən mənzərə açır. Bura - əsl sakitlik və dinclik, zənginlik və rahatlıq oazisidir.

“Alatau Residence” layihəsinin onu əhatə edən ansambla harmonik şəkildə uygunlaşması, təbii gözəlliyin müasir memarlıqla vəhdətinin əsl təzahürüdür.

Elitar qonşuluq isə “Alatau Residence”in bilavasitə yaxınlığında –
1. Cənub (park) prezident rezidentsiyasının;
2. Alma-Atanın ən tanınmış və prestijli prospekti olan “Əl-Fərabi” prezident yoluna kimi cəmi 1 km məsafənin;
3. “Miras” prezident orta məktəbinin;
4. dendroparkın;
5. “Bobek” prezident uşaq mərkəzinin;
6. elitar orta mərtəbəli tikililərin və
7. “Jaylyau” qolf-kurortunun olmasi ilə xisusi olaraq gözə çarpır.

Burada olan mənzillərin konstruktiv həlli – geniş hollu təşkil etməyə, yataq və qonaq otaqları zonalarını pahat şəkildə ayırmağa, qarderob və qurulma şkaflar üçün xüsusi yerlər ayırmağa, 2-3 santexnika qovşağını və camaşırxana sahəsini yerləşdirməyə imkan verir.

Mənzillərin planlaşdırma həllinin əsasında boşluqların və sahələrin maksimal şəkildə açılışı və birləşməsi prinsipi qoyulmuşdur ki, bu da fərdi istəkləri nəzərə almaqla otaqların bölüşdürülməsini dəyişdirməyə imkan verir. Tavanların hündürlüyü isə (3m-dən 3,20m-dək) bir mənzilin hüdudları çərçivəsində müxtəlif səviyyəli fəza dəyişikliklərini həyata keçirmək üçün real imkanlar açır.

Binaların fasadlarının ümumi rəng qamması onu əhatə edən təbii ilıq rəng çalarlarına uyğundur. Belə ki, fasadların kölgəli panorama şüşələrinin qızıla çalan rəngi ilə binaların xarici üzlüklərinin işıqlı və yüngül pastel tonları bir-birilə harmonik şəkildə uyuşur.

Layihənin həyata keçirilməsi zamanı müasir insanın keyfiyyətli və komfortlu yaşamı üçün bütün zəruri şərtlər nəzərə alınır. Bu zaman ən yeni konstruktiv həllər, rahatlığın əldə edilməsi yolunda başlıca yardımçıya çevrilirlər. Səssiz liftlər, yeraltı ikisəviyyəli parkinq, ən yeni üzlük materialları, quraşdırılmış məişət cihazları və bir çox digər xidmətlər... Bax, bütün bunları Sizə “Altes Group” özünün “Alatau Residence” layihəsində təklif edir.
















Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Park az Emerald az cont az
Live Chat by comm100
Яндекс.Метрика