az | ru | en


“SGS” STANDARTI

Keyfiyyətə kim zəmanət verir?

2006-cı ildən başlayaraq “Altes Construction” şirkətinin bütün layihələrinə İsveçrənin “SGS” şirkəti tərəfindən nəzarət edilir. Və hal-hazırda, “Altes Construction” şirkəti Azərbaycanda və Xəzər regionunda yeganə tikinti şirkətidir ki, birinci dərəcəli, ixtisaslaşdırılmış beynəlxalq şirkət tərəfindən təsdiq edilmiş keyfiyyət zəmanəti almış evlər təqdim edir. “SGS” şirkəti müxtəlif sferaların müfəttişliyi, nəzarəti, testlərdən keçirilməsi və sertifikatlaşdırılması sahəsində qəbul edilmiş dünya lideridir. Belə ki, fəaliyyət tarixi 100 ildən də artıq dövrü əhatə edən “SGS” şirkətinin adı keyfiyyət və etibarlılığın etalonuna çevrilmişdir.

48 000 nəfərdən çox mütəxəssisin çalışdığı şirkət bütün dünya üzrə 1000 ofis və laboratoriyadan ibarət olan bir şəbəkəni idarə edir. “SGS” şirkətinin baş ofisi İsveçrənin Cenevrə şəhərində, müfəttişlik, nəzarət, testləşdirmə və sertifikatlaşdırma, tikinti üzrə ixtisaslaşmış ofisləri isə İspaniyanın və Çexiyanın paytaxtlarında, müvafiq olaraq Madriddə və Praqadadırlar. “SGS” şirkəti “Altes Construction” un işçi layihələri üzərində onların hazırlanması, təchizatı və implementasiyası da daxil olmaqla, müxtəlif mərhələlərində nəzarəti həyata keçirir.

Nəzarət necə həyata keçirilir?

Konseptual şəkildə “SGS” şirkəti tərəfindən 5 sahə üzrə nəzarət aparılır ki, bunlar da memarlıq, quruluş, mexanika, elektrik və yanğın təhlükəsizliyi sahələridir. Belə ki, “Academy House” və “Caspian Terrace” layihələrində yanğın təhlükəsizliyi, “Emerald Palace”da isə mexanika, elektrik və yanğın təhlükəsizliyi üzrə nəzarət aparılır. “Altes Plaza” və “Altes Park” layihələri isə tamamilə, yəni bütün parametrlər üzrə “SGS” tərəfindən nəzarətə alınmışdır.


Nəzarət aşağıdakı qaydada həyata keçirilir:

Birinci mərhələ - Layihənin təsdiq edilməsi
Bu mərhələdə layihə təşkilatları tərəfindən təklif olunan layihənin hazırlanması bitdikdən sonra o, “SGS”in Praqa ofisinə göndərilir. Burada, müxtəlif sahələr üzrə olan mütəxəssislər layihəni təhlil edir. Və bəzən zəruri hallarda dünya standartlarının tələblərinə uyğun olaraq, layihəyə əlavələr və dəqiqləşdirmələri də daxil edirlər. Daha sonra bu işçi layihə “SGS” tərəfindən təsdiqlənir və implementasiya üçün göndərilir.

İkinci mərhələ - Təchizat
Bu mərhələdə ”SGS” şirkəti tikinti materiallarının təchizatçıları arasında tender keçirir. Tenderin nəticəsində bir neçə parametr (istifadə olunan avadanlıq, istehsalat texnologiyası, işçi heyət, xammalın saxlanması, laboratoriya və s.) üzrə standartların tələblərinə cavab verən 3 əsas təchizatcı müəyyən edilir. Daha sonra, təchizatçının göndərdiyi materialların, avadanlıqların və görülmüş işlərin bir daha testləşdirilməsi aparılır. Bu əməliyyat da öz növbəsində iki səviyyəyə: vizual və laborator testləşdirmə səviyyələrinə bölünür.

Üçüncü mərhələ - İmplementasiya
Yekun mərhələsi olan implementasiya mərhələsinə evin tikintisi, onun təhvil verilməsi və sertifikatlaşdırılması daxildir. Bu proses tikinti meydançalarında olan və işlərin müəyyən edilmiş standartların tələblərinə cavab verməsini izləyən “SGS” şirkətinin mütəxəssislərinin bilavasitə nəzarəti altında keçirilir.

Daha müfəssəl: www.sgs.comwww.sgs.az/construct saytlarında.












Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Park az Emerald az cont az
Live Chat by comm100