az | ru | en


MISSIYA

"Altes Group" holdinqinə müxtəlif yönümlü şirkətlər daxildir. Bu şirkətlər istehlakçılara yalnız ən yüksək səviyyəli məhsul və xidmət təklif edərək dünya xidmət və istehsal bazarında özlərini müvəffəqiyyətlə tanıtdırmışlar. Belə ki, holdinqə daxil olan firmaların təklif etdiyi bütün məhsullar ən yaxşı Avropa istehsalçılarının mallarına ləyaqətli rəqabət təşkil edərək, dünyanın müxtəlif ölkələrinin istehlakçıları arasında çox yüksək qiymətləndirilirlər.

Bütün bunlara baxmayaraq, "Altes Group" holdinqi, innovasiya texnologiyalarından geniş Istifadə etməklə və əməkdaşlığa yalnız yüksək ixtisaslı mütəxəssisləri cəlb etməklə daha yüksək nəticələrə doğru can atır. Artıq yoluna qoyulmuş müqavilələr üzrə məhsul tədarükü, orijinal dizayner və texnoloji işlər, sifarişçilərlə yaxşı təşkil edilmiş iş – bütün bunlar "Altes Group" holdinqini istehlakçıların etibarını qazanmış ən sabit şirkətlərdən biri etmişdir.



BAXIŞ

"Altes Group" holdinqi texnologiyaların işlənib hazırlanmasına kifayət qədər böyük vəsaitlər ayırır. Bu vəsait holdinqin məhsullarını hər bir istehlakçı üçün əlçatar etməklə bərabər, bu məhsulların keyfiyyətini dünya standartları səviyyəsində saxlamağa imkan verir. Və şirkətin fəaliyyətinin məhz bu prinsipi getdikcə daha çox müştərini ona cəlb etməkdədir.



ƏSAS PRINSIPLƏR

Holdinqimiz fəaliyyət sahəsini genişləndirməyə, istehsalatın artırılmasına vəsait qoymağa, yeni iş yerləri açmağa imkan verən partnyorluq münasibətlərini yüksək qiymətləndirir. “Altes Group” holdinqi müştərilərin bütün sorğularını və ehtiyaclarını ödəməyə imkan verən işgüzar əməkdaşlıqda həmişə maraqlıdır.

















Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Park az Emerald az cont az
Live Chat by comm100