az | ru | en


SƏDRIN MƏKTUBU

"Altes Group" holdinqi Azərbaycanın ən iri birliklərindən biridir. Bu holdinqə fəaliyyəti memarlıq layihələşdirilməsi, memarlıq-tikinti işləri, dizayner hazırlamaları olan tanınmış "Altes Construction" tikinti şirkəti və həmçinin ən qabaqcıl əczaçılıq şirkətlərindən biri olan "Altes Pharm" (keçmiş "NUR Pharm") firması daxildir. Holdinqin dünya bazarında tutduğu yüksək mövqelərə rəğmən, belə böyük nailiyyətlərə çatmış şirkət əməkdaşları əldə etdikləri nəticələrə baxmayaraq daha da yeni və möhtəşəm nailiyyətlərə can atırlar.

"Altes Group" holdinqi həm şirkətləri, həm də ayrı-ayrı mütəxəssisləri əməkdaşlığa cəlb edərək öz istehsalatını genişləndirir və modernləşdirir. Bu, “Altes Group” holdinqinə bundan sonra da istehlakçıların tələblərini ödəyərək, dünya bazarında lider mövqelərini qoruyub saxlamaq imkanı verir.

Şirkətimiz vicdanlı biznes aparılması prinsiplərini əldə rəhbər tutaraq müştərilərini müvəffəqiyyətli əməkdaşlıq üçün zəruri olan məlumatla, yalnız yüksək keyfiyyətli məhsul və üzərinə götürdüyü təəhhüdlərin vaxtlı-vaxtında yerinə yetirilməsi ilə təmin edir. Müştərilərinin etimadını və qüsursuz reputasiyasını yüksək qiymətləndirən "Altes Group" holdinqi özünün biznes partnyorları və müştəriləri ilə daha sonrakı məhsuldar əməkdaşlığına əmindir.

Biz "Altes Group" holdinqinə göstərdikləri etimada görə bütün müştərilərimizə və partnyorlarımıza təşəkkür edirik.

Ən gözəl arzularla,
"Altes Group" holdinqinin İdarə Heyətinin sədri
Rüstəm Abdullayev 















Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Park az Emerald az cont az
Live Chat by comm100