az | ru | en

İDARƏ HEYƏTI

Rüstəm Abdullayev

"Altes Group" holdinqinin idarə heyətinin sədri

Azərbaycanda və xaricdə şirkətin inkişaf strategiyasını və biznesin inkişaf istiqamətini müəyyənləşdirir

Rüstəm Abdullayev, 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə fakültəsini bitirmişdir. 2001-ci ildə "NUR Pharm" əczaçılıq şirkətini təsis etmişdir. İdarəetmə sistemlərinə və biznesin inkişafına yenilikçi yanaşma və həmçinin dinamik şəkildə inkişaf edən bazar şəraitində baş verən dəyişikliklərə zamanında verilən reaksiyaya görə Rüstəm Abdullayevin rəhbərliyi altında "NUR Pharm" Azərbaycanın lider şirkətlərindən biri olmuşdur.

2006-cı ildə Rüstəm Abdullayev "Altes Group" holdinqinin idarə heyətinin sədri vəzifəsinə dəvət edildi. O zaman, "Altes Group" holdinqinin tərkibinə "NUR Pharm" və "Altes Construction" şirkətləri daxil idi. Bacarıqlı rəhbər və çox yaxşı biznesmen olan Rüstəm Abdullayev mütəxəssis kadrları ətrafına yığaraq "Altes Group"-u Azərbaycan biznesinin liderləri sırasına çıxardı.



Ramil Mirheydərov

idarə heyətinin üzvü, holdinqin icracı direktoru

Holdinq üzərində operativ rəhbərliyi həyata keçirir; strateji layihələri idarə edir; regional inkişaf strategiyası, daxili biznes-proseslərin təşkili və mükəmməlləşdirilməsi üçün məsuliyyət daşıyır; planlaşdırma proseslərinin tətbiqi

Ramil Mirheydərov 2000-ıi ildə Azərbaycan Dövlət Neft Akademiyasını mühəndis-iqtisadi idarəetmə ixtisası üzrə bitirmişdir.

2002-ci ildən 2007-ci ilə qədər "Gunay Group" şirkətində layihələrin qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsində çalışmışdır. Təşəbbüskarlığı və yüksək intellektual qabiliyyəti qısa zaman ərzində ona şirkətin prezidentinin şəxsi assistenti vəzifəsinə qədər yüksəlməyə imkan vermişdir.

2007-ci ildən R.Mirheydərov "Altes Group" holdinqinin idarə heyətinin üzvü və həmçinin holdinqin icraçı direktorudur. Onun novatorluq ideyaları şirkətə beynəlxalq səviyyəyə çıxmağa imkan vermişdir.



Fəqan Şükürov

idarə heyətinin üzvü, biznes planlaşdırma və inkişaf departamentinin direktoru

Yeni filialların açılmasına və regional inkişaf strategiyası üçün məsuldur. Beynəlxalq biznesin inkişaf eydirilməsi də onun kompetensiyasındadır; şirkətin operativ rəhbərliyini həyata keçirir və strateji layihələri idarə edir

Türkiyə vətəndaşı olan Fəqan Şükürov Ankara Yaxın Şərq Texniki Universitetini biznesin idarəedilməsi ixtisası üzrə bitirmişdir. 2001-ci ildən etibarən "Konika" firmasının Azərbaycandakı distribütorunun icraçı direktoru vəzifəsində çalışmışdır.

2003-cü ildə "Altes Group" holdinqinə işə götürülmüşdür. O, burada iyerarxiyanın bütün səviyyələrini keçmişdir. 2 ildən sonra F. Şükürov Azərbaycan xaricindəki tikinti layihələrinin rəhbəri təyin edilmişdir.

2008-ci ildə isə biznes planlaşdırması və inkişafı departamentinin direktoru vəzifəsinə, eyni zamanda da şirkətin idarə heyətinin üzvlüyünə seçilmişdir. Yüksək əsaslandırma səviyyəsi, məqsədyönlülük və zəhmətkeşlik Fəqanı fərqləndirən xüsusiyyətlərdəndir. Elə bu xüsusiyyətlərinə görə, nisbətən qısa vaxt ərzində F.Şükürov sürətli karyera yüksəlişinə nail olmuş və şirkətin inkişaf prosesinə müsbət dinamika daxil etmişdir. 


Cavid Guliyev 

İdarə heyətinin üzvü, Russiya üzrə regional təmsilciyinin baş direktoru


Javid Guliyev 1994-1998-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq marketinq ixtisası üzrə təhsil alıb. 2002-2004-cü illərdə MBA proqramı çərçivəsində maliyyə və kredit üzrə maqistr dərəcəsini qazanıb.

1998-2002 illərdə Azəırbaycan Gənclər İttifaqında humanitar şöbəsinin rəhbəri vəzinfəsində çalışıb. 2002-2006-cı illərdə McDermott Caspian şirkətində işləyib.

2006-cı ildən Altes Group şirkətində işləyir. 2008-ci ilin avqust ayından baş ofisinin Moskvada yerləşdiyi Rusiya Federasiyası üzrə “Altesstroyinvest” QSC-nin regional təmsilçiliyində müdir vəzifəsində işləyir. Zəhmətsevərliyi və yüksək əzmkarlığı sayəsində Cavid Quliyev son illər ərzində Rusiyada bir sıra layihələri uğurla həyata keçirir.  















Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Park az Emerald az cont az
Live Chat by comm100