Rüstəm Abdullayev
"Altes Group" holdinqinin idarə heyətinin sədri
Azərbaycanda və xaricdə şirkətin inkişaf strategiyasını və biznesin inkişaf istiqamətini müəyyənləşdirir
Rüstəm Abdullayev, 1991-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə fakültəsini bitirmişdir. 2001-ci ildə "NUR Pharm" əczaçılıq şirkətini təsis etmişdir. İdarəetmə sistemlərinə və biznesin inkişafına yenilikçi yanaşma və həmçinin dinamik şəkildə inkişaf edən bazar şəraitində baş verən dəyişikliklərə zamanında verilən reaksiyaya görə Rüstəm Abdullayevin rəhbərliyi altında "NUR Pharm" Azərbaycanın lider şirkətlərindən biri olmuşdur.
2006-cı ildə Rüstəm Abdullayev "Altes Group" holdinqinin idarə heyətinin sədri vəzifəsinə dəvət edildi. O zaman, "Altes Group" holdinqinin tərkibinə "NUR Pharm" və "Altes Construction" şirkətləri daxil idi. Bacarıqlı rəhbər və çox yaxşı biznesmen olan Rüstəm Abdullayev mütəxəssis kadrları ətrafına yığaraq "Altes Group"-u Azərbaycan biznesinin liderləri sırasına çıxardı.
Ramil Mirheydərov
idarə heyətinin üzvü, holdinqin icracı direktoru
Holdinq üzərində operativ rəhbərliyi həyata keçirir; strateji layihələri idarə edir; regional inkişaf strategiyası, daxili biznes-proseslərin təşkili və mükəmməlləşdirilməsi üçün məsuliyyət daşıyır; planlaşdırma proseslərinin tətbiqi
Ramil Mirheydərov 2000-ıi ildə Azərbaycan Dövlət Neft Akademiyasını mühəndis-iqtisadi idarəetmə ixtisası üzrə bitirmişdir.
2002-ci ildən 2007-ci ilə qədər "Gunay Group" şirkətində layihələrin qiymətləndirilməsi üzrə mütəxəssis vəzifəsində çalışmışdır. Təşəbbüskarlığı və yüksək intellektual qabiliyyəti qısa zaman ərzində ona şirkətin prezidentinin şəxsi assistenti vəzifəsinə qədər yüksəlməyə imkan vermişdir.
Fəqan Şükürov
idarə heyətinin üzvü, biznes planlaşdırma və inkişaf departamentinin direktoru
Yeni filialların açılmasına və regional inkişaf strategiyası üçün məsuldur. Beynəlxalq biznesin inkişaf eydirilməsi də onun kompetensiyasındadır; şirkətin operativ rəhbərliyini həyata keçirir və strateji layihələri idarə edir
Türkiyə vətəndaşı olan Fəqan Şükürov Ankara Yaxın Şərq Texniki Universitetini biznesin idarəedilməsi ixtisası üzrə bitirmişdir. 2001-ci ildən etibarən "Konika" firmasının Azərbaycandakı distribütorunun icraçı direktoru vəzifəsində çalışmışdır.
2003-cü ildə "Altes Group" holdinqinə işə götürülmüşdür. O, burada iyerarxiyanın bütün səviyyələrini keçmişdir. 2 ildən sonra F. Şükürov Azərbaycan xaricindəki tikinti layihələrinin rəhbəri təyin edilmişdir.
Cavid Guliyev
İdarə heyətinin üzvü, Russiya üzrə regional təmsilciyinin baş direktoru
Javid Guliyev 1994-1998-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində beynəlxalq marketinq ixtisası üzrə təhsil alıb. 2002-2004-cü illərdə MBA proqramı çərçivəsində maliyyə və kredit üzrə maqistr dərəcəsini qazanıb.
1998-2002 illərdə Azəırbaycan Gənclər İttifaqında humanitar şöbəsinin rəhbəri vəzinfəsində çalışıb. 2002-2006-cı illərdə McDermott Caspian şirkətində işləyib.




